İslamiada: Azərbaycanın qadınlardan ibarət sablya millisi qızıl medal qazanıb
Azərbaycanın qadınlardan ibarət sablya millisi Səudiyyə Ərəbsitanının paytaxı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.
Qılıncoynatma yarışlarının son günündə yarımfinal görüşündə Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komanda finala yüksəlib.
Həlledici qarşılaşmada Özbəkistan yığmasını 45:43 hesabı ilə məğlub edən təmsilçilərimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət şpaqa yığması bürünc medal qazanıb.
Oxşar xəbərlər
Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatının ilk iştirakçısı Azərbaycana gəlib
Bakıda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Nikaraqua milli komandası Azərbaycana gəlib. BAKU.WS AFFA-ya istinadən xəbər ve...