Azərbaycan Portuqaliyaya ixrac etdiyi neftin həcmini açıqlayıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Portuqaliyaya 803 min 374,35 ton xam neft ixrac edib.
BAKU.WS-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 430 milyon 730,82 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 10 ayı ilə müqayisədə 20,08 %, dəyəri isə 31,75 % azdır.
Portuqaliyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,87 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan ümumi dəyəri 10 milyard 849 milyon 719,29 min ABŞ dolları olan 20 milyon 754 min 593,06 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Oxşar xəbərlər
Ələt Azad İqtisadi Zonasından elektrik qurğularının və xətlərinin köçürülməsinə 10 milyon manat ayrıldı
"Azərişıq" ASC Hacıqabul və Salyan rayonları ərazisində Ələt Azad İqtisadi Zonasına (AİZ) düşən elektrik veriliş xətlərinin və elektrik qurğularının köçürülməsi...