İcbari tibbi sığorta ödənişi ilə bağlı işsizləri SEVİNDİRƏCƏK XƏBƏR

İcbari tibbi sığorta ödənişi ilə bağlı işsizləri SEVİNDİRƏCƏK XƏBƏR
Sosial 225

Milli Məclisdə icbari tibbi sığorta ilə bağlı qanuna edilən dəyişikliklər son günlər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.

BAKU.WS-in məlumatına görə, yeni qaydalara əsasən, qeyri-formal məşğulluq kateqoriyasına aid edilən – yəni rəsmi əmək müqaviləsi olmadan çalışan və gəlir əldə edən şəxslər aylıq təxminən 16 manat məbləğində sığorta haqqı ödəməlidirlər.

Bu öhdəliyi vaxtında yerinə yetirməyən şəxslərə isə 10 faiz əlavə cərimə tətbiq ediləcək.

Qeyd edək ki, ölkədə yaşayan bütün vətəndaşların icbari tibbi sığorta vəsiqəsi olmalı, hər kəs dövlət tərəfindən təqdim olunan tibbi xidmətlər zərfindən bərabər şəkildə istifadə etməlidir. Yeni mexanizm də məhz bu məqsədlə – tibbi xidmətlərə çıxışın universallaşdırılması və qeyri-rəsmi məşğulluğun azaldılması üçün hazırlanıb.

Maraqlıdır ki, qeyri-formal məşğulluq nədir və bu kateqoriyaya kimlər daxildir?

"Tibbi sığorta haqqında" qanuna edilən dəyişikliklər qeyri-formal məşğulluqla məşğul olan şəxslər üçün nəzərdə tutulub. Bu, müxtəlif əmək müqaviləsi olmadan çalışaraq gəlir əldə edən, kənd təsərrüfatı sahəsində çalışan amma VÖEN-i olmayan, əmək fəaliyyətini rəsmiləşdirməyən şəxslərdir. Həmin şəxslər ümumi reysterdə asanlıqla müəyyənləşdirilə bilir və onların əldə etdiyi gəlir sahəsi və müxtəlif səbəblərdən leqallaşdırılmayıb.

Amma real olaraq işsizlər, heç bir işlə məşğul olmayanlar, bu istiqamətdə qeydiyyata alınmış sosial yardım alan şəxslərin sığorta haqları əvvəl olduğu kimi dövlət tərəfindən qarşılanacaq.

Orxan Hüseyn

Oxşar xəbərlər

Son xəbərlər