Kərəm Harri Potterə görə məhkəməyə verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə millisi və "Fənərbağça"nın futbolçusu Kərəm Aktürkoğluna sosial şəbəkələrdə "Harry Potter" kainatına aid vizual və audio materiallardan icazəsiz istifadə etdiyinə görə "Warner Bros. Entertainment Inc." şirkəti tərəfindən məhkəmə iddiası açılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Sabah" nəşri yazıb.
Şirkət məhkəmədən onlayn sübutların nəzərdən keçirilməsini və oyunçunun İnstaqram və X-dəki paylaşımlarını da iş materiallarına daxil etməsini istəyib.
Türk futbolçu 2021-ci ildə dairəvi eynəklə çəkilmiş şəklinə görə "Kərəm Potter" ləqəbini alıb.
O, qol sevincini qeyd edərkən sehrbaz çubuğunu yellətməyə bənzər jestlər edir, həmçinin sosial şəbəkələrdə filmdən musiqi və vizual materiallardan istifadə edib.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...