Rövnəq Abdullayev yeni direktor təyin etdi

Rövnəq Abdullayev yeni direktor təyin etdi
İqtisadiyyat 1995

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Məmmədov Bəxtiyar İbrahim oğlu Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru, zavodun keçmiş direktoru İsmayılov Elman Abbas oğlu isə SOCAR-ın emal üzrə vitse-prezidentinin müavini təyin olunub.

BAKU.WS xəbər verir ki, bu barədə “Report”a SOCAR-dan bildirilib.

Qeyd edək ki, Bəxtiyar Məmmədov 1971-ci ildə anadan olub. Azərbaycan Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirdikdən sonra “Azərneftyağ” NEZ-də əmək fəaliyyətinə başlayıb, 2015-ci ilə kimi zavodda müxtəlif vəzifələrdə çalışıb.

2015-2016-cı illərdə Heydər Əliyev adına NEZ-də şöbə rəisinin müavini, 2016-2019-cu illərdə isə Karbamid Zavodunun baş mühəndisi – direktor müavini işləyib.

Oxşar xəbərlər

SOCAR-a yeni vitse-prezident təyin edildi

SOCAR-a yeni vitse-prezident təyin edildi

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin edilib. BAKU.WS “Report”a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham...

2573 İqtisadiyyat 09:52 03 dekabr 2019

Son xəbərlər