Qızıl tarixdə ilk dəfə 3 250 dolları keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qızılın qiyməti yeni rekorda imza ataraq tarixdə ilk dəfə bir troya unsiyası (31,1034768 qrama bərabər olan kütlə vahidi) üçün 3 250 dolları keçib.
BAKU.WS xəbər verir ki, bu barədə Nyu-York Əmtəə Birjasının (Comex) məlumatlarına istinadən xəbər verilir.
2024-cü ilin dekabr ayında təhvil veriləcək fyuçers müqavilələri üzrə qızılın qiyməti 0,44% artaraq 3 251,9 dollar, daha sonra isə 0,35% artımla 3 248,8 dollar səviyyəsində qeydə alınıb.
Eyni zamanda, 2025-ci ilin iyun ayı üçün Brent markalı neftin London ICE birjasında fyuçers qiyməti 0,8% artaraq bir barel üçün 63,91 dollara, WTI markalı neftin may ayı üzrə fyuçers qiyməti isə 1,47% artımla 60,67 dollara çatıb.
Qeyd edək ki, qiymət artımı qlobal iqtisadi qeyri-müəyyənlik fonunda investorların təhlükəsiz aktivlərə yönəlməsi ilə izah olunur.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...