Qızıl 4 500 dollar həddini qoruyur
Dünya əmtəə bazarında qızılın qiyməti 4 500 ABŞ dollarından yuxarı səviyyədə qalmaqda davam edir.
BAKU.WS xəbər verir ki, COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,06 faiz geriləyərək 4 542,7 dollar olub.
Eyni zamanda, gümüş bazarında yüksəliş qeydə alınıb. Belə ki, 2026-cı ilin sentyabr ayı üzrə gümüş fyuçerslərinin qiyməti 2,01 faiz artaraq bir unsiya üçün 67,91 dollara çatıb.
Beləliklə, qızılda cüzi ucuzlaşma müşahidə olunsa da, qiymətli metalın kotirovkası 4 500 dollar səviyyəsindən yuxarı olaraq qalır.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 95 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,9 ABŞ dolları və ya 0,95 % artaraq 95,48 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...