Putin şəxsən açıqladı: "Rosneft"dəki 10 milyard avroluq payını satdı
Rusiya sahib olduğu ən böyük neft istehsalçısı şirkət olan "Rosneft"dəki 10 milyard avroluq (19,5%) payını satıb.
BAKU.WS-in məlumatına görə, Rusiya öz payını "Glencore Plc" və "Qətər" konsorsiumuna satıb. Rusiya prezidenti Vladimir Putin müqaviləni televiziyadan şəxsən açıqlayıb.
Rusiyaya ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara baxmayaraq gələn sürpriz təklif bütün dünyada şok effekti yaradıb. "Rosneftdən" pay alan konsorsium 19,5%-lik payı paylaşacaqlar.
Qeyd edək ki, "Rosneft" gündə 5 milyon barrel neft istehsal edir. Bu, Ukrayna böhranından bu yana Rusiyaya gələn ən böyük xarici investisiya olacaq.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı oliqarx Putinlə 20 dəqiqəlik söhbətdən sonra 30 milyard itirdi
Ötən gün Rusiya prezidenti Vladimir Putinlə görüşən "Lukoyl”un prezidenti Vahid Ələkbərov danışıqlardan sonra milyardlarla rubl dəyərində pul itirib. BAKU.WS x...