Putin Sarkisyanla görüşdə kartları açdı

Putin Sarkisyanla görüşdə kartları açdı
Siyasət 1982

Rusiya prezidenti Vladimir Putin Krım bərzəxlərində sanksiyaların ləğvinə nail olmaq üçün "döyüş toqquşması" və "Ukrayna diversiya qruplarının tutulması"nı təşkil etdi.

BAKU.WS publika.az-a istinadən bildirir ki, bunu "Facebook"dakı səhifəsində Rusiya tarixçisi və politoloqu Andrey Zubov yazıb. 

O vurğulayıb ki, istənilən nöqteyi-nəzərdən "Krıma sıçrayış" Ukrayna hakimiyyəti üçün açıq-aydın əlverişli deyil. Politoloq qeyd edib ki, Ukraynanın zəifliyini nəzərə alaraq istənilən formatda Rusiya ilə müharibə qeyri-mümkündür.

"Eyni zamanda, Rusiyaya Qərbin tətbiq etdiyi sanksiyaların istənilən üsullarla ləğvinə nail olmaq son dərəcə lazımdır. Və buna görə də Kreml yeni informasiya müharibəsinə başlayıb. Hava kimi dağılan iqtisadiyyat və mümkün sosial etirazlar fonunda sanksiyaların ləğvi Putinə lazımdır. Hələ ki buna nail olmayıb. Sanksiyalar Avropa Birliyi tərəfindən uzadılıb. Avropada Rusiya ilə münasibətlərin normallaşmasını və təcavüzün unudulmasını istəyən, Putini dəstəkləyən partiyalar və siyasi hərəkatlar çox güclüdür. Bu güclərə yeni çəkisi olan arqumenti vermək çox əhəmiyyətlidir: Minsk razılaşmaları Rusiya deyil, Ukrayna tərəfindən pozulur. Buna görə də "Normandiya formatı"nda danışıqlar mənasızdır, "status-kvo"nu tanımaq, Rusiya və Donbas anklavları üçün əhəmiyyətli dərəcədə daha yumşaq şərtlərlə yeni danışıqlara başlamaq lazımdır. Dünən Putin Sarkisyanla görüşdə faktiki olaraq kartları açdı", - tarixçi hesab edir.

Xəbər verildiyi kimi, dünən Rusiya və Ukrayna arasında münasibətlər kəskin kəskinləşib. Rusiya tərəfinin açıqladığı məlumata görə, Krıma daxil olmağa cəhd edən diversantların iki qrupu ilə baş verən toqquşmalarda iki Rusiya zabiti həlak olub, bir neçəsi yaralanıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin versiyasına görə, səs-küylü terror aktları hazırlayan bütöv agentura şəbəkəsi hərəkət edirdi.

Rusiya prezident Vladimir Putin Ukrayna hakimiyyətinin terror təcrübəsinə keçdiyini bildirib. O, rusiyalı hərbçilərin həlak olmasına laqeyd qalmayacağına söz verib. Dövlət başçısı eyni zamanda Çində sentyabr ayında keçirilməsi planlaşdırılan "Normandiya formatı"nın görüşünü mənasız adlandırdı.

Ukrayna prezidenti Pyotr Poroşenko Krımda terror aktlarının hazırlığında Ukraynanın ünvanına səsləndirilən ittihamları "fantaziya" adlandırıb. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko isə bildirib ki, Ukraynanın ünvanına səsləndirilən terrorizm ittihamları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edəcək.

BAKU.WS

Oxşar xəbərlər

Putin: Xəzərdə yeni layihələri müzakirə edə bilərik

Putin: Xəzərdə yeni layihələri müzakirə edə bilərik

Rusiya, Azərbaycan və İran Xəzərdə yeni layihələri müzakirə edə bilər. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Bakıda səfərdə ola...

668 Siyasət 17:50 08 avqust 2016

Son xəbərlər