OPEC+ alyansının iclası öncəsi neft bahalaşır
Yeniliklərdən dərhal xəbərdar olun
OPEC+ alyansının iclası öncəsi dünya bazarlarında neft qiymətləri bir qədər bahalaşır.
BAKU.WS “report” agentliyinə istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,16% bahalaşaraq 1 bareli 74,74 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti 0,2% artaraq 1 bareli 73,62 ABŞ dolları təşkil edib.
Hazırda OPEC+ alyansının iclası diqqət mərkəzindədir. Analitiklər hesab edirlər ki, xammala olan tələbatın artması fonunda alyans avqust ayında hasilatın artırılması ilə bağlı qərar verəcək.
Hazırda bazardakı vəziyyət neft və neft məhsullarının qiymətlərinin artmasına təkan verir. Bir tərəfdən məhdudiyyətlərin tədricən aradan qaldırıldığı ABŞ-da neftə olan tələbat kəskin surətdə artır.
Digər tərəfdən isə təklif səviyyəsi, demək olar ki, dəyişməz olaraq qalır. Ekspertlər hesab edirlər ki, bu gedişat cari ildə xammal çatışmazlığına səbəb ola bilər.
Oxşar xəbərlər
“Brent” markalı neft 55 dollarlıq həddi keçdi
Bu gün dünya bazarlarında neftə tələbatın artması ilə bağlı ümidlərin təsirilə qiymətlər artıb, “Brent” markalı neft də ötən ilin 26 fevral tarixindən bu yana i...