Neftin qiyməti 60 dolları keçə bilər

Neftin qiyməti 60 dolları keçə bilər
İqtisadiyyat 1380

 

"Heç kim neftin qiymətini dəqiq proqnozlaşdıra bilməz".

Bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putinin Qaz İxracatçısı olan Ölkələr Forumu ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, "Qazprom" şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov deyib. V. Zubkov deyib ki, əgər neftin qiyməti 50-60 dollar arasında qərarlaşarsa, bu, 2016-cı il üçün optimal qiymət olacaq: "Hazırda neftin bir barelinin qiyməti 40 dolları ötüb. Gələcəkdə nə olacağını demək isə çətindir. Neftin qiymətinə bir neçə amil, o cümlədən dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatının inkişaf tempi təsir edir. Bununla yanaşı, İran da öz neftini bazara çıxarır. Düşünürəm ki, OPEC və digər ölkələr yalnız neft hasilatının dondurulması üzərində deyil, hasilatı azaltmaq barədə də düşünməlidirlər. Bu halda neftin qiyməti 60 dolları keçə bilər".

APA

BAKU.WS

Oxşar xəbərlər

Neft sürətlə bahalaşır

Neft sürətlə bahalaşır

Dünya bazarlarında xam neftin qiyməti artmaqda davam edir. BAKU.WS-in məlumatına görə, WTI markalı xam neftin qiyməti 0,69 dollar (1,92%) artaraq 36,61 dollar...

1864 İqtisadiyyat 10:07 07 mart 2016

Son xəbərlər