Neftimiz ucuzlaşıb
30
yan
2018
23:32
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 70,81 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 1,03 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 70,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,03 dollar/barel azdır.Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 29-da 66,83 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,37 dollar/barel azdır.Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 29-da 68,59 dollar/barel təşkil edib. Bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,44 dollar/barel azdır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 24-də 71,41 dollar/barel təşkil edib ki, bu da çərşənbə axş...