Neft və qaz yenidən ucuzlaşdı

Neft və qaz yenidən ucuzlaşdı
İqtisadiyyat 4

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,18% azalaraq 1 barelə görə 45,01 dollar təşkil edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,26% azalaraq 41,84 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti azalıb. Sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,74% azalaraq 2,15 ABŞ dolları təşkil edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Neft ucuzlaşdı, qaz bahalaşdı

Neft ucuzlaşdı, qaz bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,72% g...

6 İqtisadiyyat 09:46 04 avqust 2020

Son xəbərlər