Mikayıl Cabbarov BƏƏ ilə imzalanan sazişin əhəmiyyətini AÇIQLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" (CEPA) imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri Tani bin Əhməd əl-Zeyudi imzalayıblar.
BAKU.WS xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sazişin əsas məqsədi tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasıdır. Azərbaycan və BƏƏ arasında strateji əlaqələrin bir hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsini və rifahı artırmağı hədəfləyən Sazişin imzalanması ikitərəfli münasibətlərdə mühüm mərhələdir. Sənəd gələcək çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli baza yaradır.
Ölkələrimiz arasında CEPA-nın imzalanması sənaye, bərpaolunan enerji, kənd təsərrüfatı, maliyyə, logistika, turizm, tikinti və digər sahələrin inkişafına imkanlar açacaq. Saziş qarşılıqlı sərmayə axınını artırmaqla təchizat zəncirlərinin gücləndirilməsi, sahibkarların, kiçik və orta müəssisələrin qlobal miqyasda fəaliyyətlərinin genişləndirilməsinə töhfə verəcək.
***15:02
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri çərçivəsində Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirilən görüş zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi"ni (CEPA) imzaladıq".
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib:
"İqtisadi əməkdaşlığın daha da gücləndirilməsi və ticarətin liberallaşdırılmasını ehtiva edən bu Sazişin imzalanması Azərbaycan - BƏƏ strateji əlaqələrində mühüm mərhələdir və gələcək çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün mühüm baza yaradır. Sənəd ölkələrimiz arasında sərmayələrin artırılması, sənaye, ticarət, kənd təsərrüfatı, bərpaolunan enerji, maliyyə, turizm, logistika, tikinti və digər sahələrin inkişafı üçün yeni imkanlar açacaq, biznes dairələrinin əməkdaşlığını daha da genişləndirəcək".
Oxşar xəbərlər
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Bitkoinin qiyməti 112.000 dolları keçərək tarixinin ən yüksək həddinə çatıb. BAKU.WS "Report"a xəbər verir ki, bunu "Binance" platformasının məlumatları göstəri...