Kənd Təsərrüfatı Nazirliyində YAP ərazi ilk partiya təşkilatına yeni sədr və sədr müavini seçilib
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu, Süleyman Vəzirov 91 ərazi ilk partiya təşkilatının (Kənd Təsərrüfatı Nazirliyi) seçki yığıncağı keçirilib.
BAKU.WS bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, yığıncaqda təşkilata yeni sədr və müavinin seçilməsi məsələsinə baxılıb. Səsvermə nəticəsində nazir müavini Zaur Əliyev sədr, Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov isə onun müavini seçilib.
Yeni sədr əlavə edib ki, nazirlik partiya ilə işin mütəşəkkil qurulması, əlamətdar günlərin qeyd edilməsi, mühüm tədbirlərdə aktiv iştirakın təmin edilməsi, eləcə də gənclərə vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq ideologiyasının aşılanması istiqamətində növbəti illərdə də ardıcıl və məqsədyönlü tədbirlər görəcək.
Oxşar xəbərlər
Novxanıda dörd milyon manata yeni yarımstansiya tikiləcək
Abşeron rayonu, Novxanı qəsəbəsində 35/6 kV-luq yeni yarımstansiya tikiləcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedurlara star...