İpoteka Fondunun kapitalı artırıldı, evlər BAHALAŞACAQ? Ekspertdən AÇIQLAMA
Azərbaycan Prezidentinin fərmanı ilə İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə həyata keçirilən bu addımın mənzil bazarına təsiri isə gözlənilmir.
BAKU.WS-ə açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bu, sırf texniki xarakterli bir qərardır və qiymət artımı və ya bazarda dəyişiklik gözlənilmir:
"Bu vəsaitin ayrılması dövlət büdcəsi hesabına baş verir və məqsəd yalnız sosial ipoteka kreditlərinin verilməsidir. Yəni bu, güzəştli şərtlərlə – 4 faizə qədər kredit almaq hüququ olan əhali qruplarını əhatə edir. Amma bazar iştirakçıları üçün bu, əlavə resurs deyil, ona görə də evlərin qiymətinə birbaşa təsiri olmayacaq".
Ekspert qeyd edib ki, dövlət büdcəsindən fonda verilən vəsaitlər geri qaytarılmayan maliyyə dəstəyidir, bu da Fondun imkanlarını genişləndirməyə yönəlib.
Qeyd edək ki, bu günə qədər Fond tərəfindən 54 min 918 ipoteka krediti verilib, onların ümumi məbləği isə 3 milyard 560 milyon manatdan çoxdur.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Problemli kreditlərin həcmi yenidən ARTDI - Çıxış yolu nədir?
Bu ilin 10 ayında ölkədə problemli kreditlərin həcmi 805.5 milyon manata çatıb. Nəzərə alsaq ki, ilin son iki ayının nəticələri hələ açıqlanmayıb, bu məbləğin a...