İcbari Tibbi Sığorta Fondunun büdcəsi 11 % azaldıla bilər
2026-cı ildə İcbari Tibbi Sığorta Fondunun (İTSF) büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (2025-ci illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənədə əsasən, xərclərin 1 milyard 976 milyon manatının İTSF-nin gəlirlərinin (23,2 % az), 645,5 milyon manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının (74,5 % çox) hesabına qarşılanması nəzərdə tutulur.
Xatırladaq ki, 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 900 milyon manatı və yaxud 2,2 %-i İcbari Tibbi Sığorta Fonduna ayırmaların payına düşəcək. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 36,5 % azdır.
Oxşar xəbərlər
SOCAR "Ağıllı şəhərsalma və sənaye həlləri" mövzusunda innovasiya müsabiqəsini elan edir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü və təşkilatçılığı ilə "Ağıllı şəhərsalma və sənaye həlləri" mövzusunda innovasiya müsabiqəsinə start verilir...