Gələn il Azərbaycanda devalvasiya olacaq? - VACİB AÇIQLAMA

Gələn il Azərbaycanda devalvasiya olacaq? - VACİB AÇIQLAMA
Açıqlama
İqtisadiyyat 30

"2026-cı ildə ölkəmizdə devalvasiyanın olacağı ehtimalı o qədər də böyük deyil. Yaxın gələcəkdə Mərkəzi Bank üzən məzənnə sisteminə keçidə hazırlaşır və belə bir keçiddən öncə devalvasiyanın olacağı o qədər də inandırıcı görünmür".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, bazar iqtisadiyyatı şərtləri diktə edir ki, Azərbaycan manatı öz dayanıqlığını təmin etmək üçün mütləq inzibati tənzimləmə metodlarından imtina etməli və sərbəst məzənnəyə keçidə üz tutmalıdır:

"Bu, yaxın bir neçə ildə planlaşdırılır. Ehtimal versək ki, devalvasiya olacaq, belə bir halda kredit götürənlərin müqaviləsinə yenidən baxılması onlarla bağlanan müqavilə ilə tənzimlənir.

Əgər müqavilədə fors-major hallarda yenidən müqaviləyə bank tərəfindən baxmaq haqqında maddə varsa və onu kredit götürən vətəndaş imzalayıbsa, şərtlərə yenidən baxıla bilər. Amma elə bir maddə yoxdursa və stabil olaraq kredit faizlərinin manatla ödənilməsi nəzərdə tutulubsa, bu zaman hər hansı bir dəyişiklik edilə bilə bilməz.

Belə olacağı təqdirdə vətəndaşın qanuna müvafiq olaraq məhkəmə orqanlarına müraiət etmək hüququ var ki, müqavilənin şərtləri təmin olunsun.

Fikrimcə, müqavilə bağlanan zaman şərtlər nəzərə alınır və hər hansı bir məzənnə dəyişikliyi və yaxud devalvasiya olarsa, bu zaman vətəndaşın hüquqları bankın hüquqlarından daha çox qorunmalıdır. Bizim dövlət sosial dövlətdir və düşünürəm ki, devalvasiya prosesinin ağırlığını və çətinliklərini vətəndaş yox, strukturlaşmış müəyyən dövr fəaliyyət göstərmiş və müəyyən kapital ciddi kapital imkanlarına malik kommersiya bankları daşımalıdır".

Orxan Hüseyn

Son xəbərlər