Ərzaq məhsullarının qiyməti ucuzlaşacaq - Proqnoz

Ərzaq məhsullarının qiyməti ucuzlaşacaq - Proqnoz
İqtisadiyyat 906
Kənd təsərrüfatı məhsulları mövsümi xarakterli amillərin təsiri ilə qarşıdakı bir neçə ayda da ərzaq inflyasiyasına azaldıcı təsir edəcək.BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (MB) məlumat verilib.Hesabatda qeyd edilib ki, ötən ilin aprelindən bu ilin aprelinə qədər ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3.5% və 3.8%) hədəf intervalında formalaşıb:“Qeyri-ərzaq məhsullarının qiymətləri isə 1.4% yüksəlib. May ayında mövsümi amillərin təsiri ilə istehlak səbətində mühüm xüsusi çəkiyə malik ərzaq məhsulların ucuzlaşması müşahidə edilib.Real sektor monitorinqinin nəticələrinə əsasən, son ayda qiymət gözləntiləri ticarət, xidmət və tikinti sektorlarında azalıb, qeyri-neft emal sənayesində dəyişməz qalıb”.Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, dünya ərzaq qiymətləri aprel ayında ötən ilin eyni dövrünə nəzərən 2.2% aşağı düşüb.

Oxşar xəbərlər

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 8.75%-dən 8.5%-ə endirilməsi haqda qərar qəbul edib.BAKU.WS Mərkəzi Banka istinadən xəbər...

1013 Digər 10:23 07 iyun 2019

Son xəbərlər