Ərzaq məhsulları 3,7 faiz bahalaşıb - RƏSMİ
04
may
2018
20:56
2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,8 faiz artıb.Dövət Statistika Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, cari ilin aprel ayında mart ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.Ay ərzində düyü, un, manna və qarabaşaq yarması, mal və qoyun əti, kolbasa məmulatları, yumurta, kərə yağı, limon, banan, pomidor, xiyar, badımcan, süfrə çuğunduru, yerkökü, sarımsaq, kartof, şəkər və şəkər tozunun qiymətlərində azalma, zeytun və qarğıdalı yağları, portağal, alma, armud, göyərti, soğan, qəhvə və çayın qiymətlərində isə artım müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq m...