Elman Rüstəmovdan manatla bağlı pis xəbər
21
noy
2017
14:26
Gələcəkdə manatın məzənnəsinin möhkəmləndirilməsi bir sıra makro və mikroiqtisadi risklərə gətirib çıxara bilər.BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.E.Rüstəmov bildirib ki, ilin əvvəlindən Azərbaycan manatı 4 faiz, fevralın sonundan isə 11,5 faiz möhkəmlənib:"Son 9 ayda manat sonrakı artımın təzyiqi altında olub. Lakin bu, bir sıra makro və mikroiqtisadi risklərə gətirib çıxara bilər. Bu, mikroiqtisadi baxımdan investisiyaların rəqabət qabiliyyətliyini və yeni ixrac istiqamətlərini destimullaşdıra və azalda bilər. Makroiqtisadi baxımdan isə tədiyə balansının pisləşməsinə və idxalın artmasına gətirib çıxara bilər".BAKU.WS
Oxşar xəbərlər
Elman Rüstəmov: İlin sonuna kimi bahalaşma olacaq
Azərbaycan Mərkəzi Bankı manatın üzən məzənnə rejimindən imtina etmək niyyətində deyil.BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti...