Elman Rüstəmovdan dolların məzənnəsi haqqında sevindirici açıqlama
Azərbaycanda bu ilin sonuna qədər dolların məzənnəsində kəskin dəyişikliklər olmayacaq.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Bu il manatın cəmi 5% dəyərdən düşdüyünü deyən E.Rüstəmov dünyanın heç bir yerində sabit məzənnə rejiminin mövcud olmadığını, Azərbaycanda manatın məzənnəsinin dayanıqlılığının təmin edilməsinə çalışdıqlarını, bu məsələyə xarici amillərin təsir etdiyini bildirib.
AMB sədri manatın məzənnəsinin dayanıqlılığının biznes mühitini yaxşılaşdıracağını, investisiya qoyuluşunu ucuzlaşdıracağını da qeyd edib.
BAKU.WS
Oxşar xəbərlər
FRS-in uçot dərəcəsini artırması manatın məzənnəsinə təsir etməyəcək
ABŞ Federal Ehtiyat Sisteminin (FRS) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək. Trend-in məlumatına g...