FRS-in uçot dərəcəsini artırması manatın məzənnəsinə təsir etməyəcək
24
may
2016
20:30
ABŞ Federal Ehtiyat Sisteminin (FRS) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, FRS-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil.
E.Rüstəmob bildirib: "Daha böyük faktorlar neftin qiyməti, Azərbaycanla qonşu ölkələrdə valyutanın məzənnəsi, eləcə də Azərbaycanın hazırda kifayət qədər sabit olan tədiyə balansının durumudur".
BAKU.WS
Oxşar xəbərlər
Elman Rüstəmov manatın məzənnəsini proqnozlaşdırdı
"Üzən məzənnə bazarda tələb və təklifə uyğun olaraq müəyyən edilir". ANS PRESS-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sö...