Elman Rüstəmov: İlin sonuna kimi bahalaşma olacaq

Elman Rüstəmov: İlin sonuna kimi bahalaşma olacaq
İqtisadiyyat 9074
Azərbaycan Mərkəzi Bankı manatın üzən məzənnə rejimindən imtina etmək niyyətində deyil.BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.Onun sözlərinə görə, bu rejim öz effektivliyini təsdiq edib.E.Rüstəmov qeyd edib ki, Azərbaycan üzən məzənnə rejimini daim saxlamağı planlaşdırır: “Ümumilikdə bunu həm ölkənin iqtisadi reallıqları, həm də beynəlxalq təcrübə tələb edir. Bir çox ölkələr indi üzən məzənnə rejiminə keçməyi planlaşdırır. Bu rejim milli valyutanın məzənnəsinin mənfi amillər qarşısından dayanıqlığını təmin edir”.Son zamanlar manatın məzənnəsinin möhkəmlənməsinə toxunan Elman Rüstəmov qeyd edib ki, buna tədiyə balansının vəziyyətinin yaxşılaşması, neftin bahalaşması kimi faktorlar təsir edib. E.Rüstəmov ilin sonuna kimi manatın bahalaşmasını istisna etməyib: “Müsbət tendensiyalar onun göstərir ki, manatın bahalaşmasının potensialı daha çoxdur”.BAKU.WS

Son xəbərlər