Elman Rüstəmov manatla bağlı mühüm qərarı açıqladı - faiz aşağı salındı
14
iyn
2018
10:29
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 11%-dən 10%-ə endirilib, faiz dəhlizinin yuxarı və aşağı həddinin buna simmetrik diapazonda +/-2% səviyyəsində olması barədə qərar qəbul edib."Report"un verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.Xatırladaq ki, qurumun İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi, daha sonra isə 2018-ci il aprelin 9-da uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması barədə qərar qəbul etmişdi. Faizlərə növbəti dəfə bu ilin avqust ayında baxılacaq.BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bankda vacib iclas olacaq - qərar açıqlanacaq
2018-ci ilin iyun ayının 14-də Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərini müzakirə edəcəkdir.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyə...