Mərkəzi Bankda vacib iclas olacaq - qərar açıqlanacaq
07
iyn
2018
10:39
2018-ci ilin iyun ayının 14-də Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərini müzakirə edəcəkdir.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 10 aprel 2018-ci il tarixindən isə uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi haqda qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3% müəyyənləşdirilmişdi."Marja" xəbər verir ki, İyunun 14-də keçiriləcək iclasda da Mərkəzi Bank faiz endirə bilər. Çünki inflyasiya birrəqəmli səviyyədədir, valyuta bazarında sabitlik davam edir və iqtisadi aktivlik güclənməkdədir.Faizin artırılmasına, xarici faktorlardan neftin qiymətinin dəyişməsi səbəb ola bilər. İyunun 22-də OPEC toplantısında veriləcək qərarın neft qiymətləri üçün həlledici olacağı bildirilir. Hasilatın artırılmasına qərar verilməsi qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.2018-ci ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz bahalayıb.BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bankdan manatla bağlı VACİB QƏRAR
Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 1...