Dünya Bankı Suriyaya yardımı bərpa edib
Dünya Bankı Qətər və Səudiyyə Ərəbistanının Suriyanın maliyyə qurumuna olan təxminən 15,5 milyon dollarlıq borcunu qaytarmasından sonra Dəməşqə yardım proqramlarını bərpa edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının mətbuat xidmətinin yaydığı sənəddə deyilir.
"Suriya Ərəb Respublikasının təqribən 15,5 milyon ABŞ dolları məbləğində borcu bağlanıb. Borcun silinməsi üçün ödəniş Səudiyyə Ərəbistanı Krallığı və Qətər Dövləti tərəfindən həyata keçirilib. Beləliklə, Dünya Bankının müvafiq əməliyyat siyasətlərinə uyğunluq şərti ilə ölkənin yeni əməliyyatlar üçün hüququ yenilənib", - bəyanatda deyilir.
Birinci proqram ölkə sakinlərinin elektrik enerjisinə çıxışını təmin etmək məqsədi daşıyacaq və bank təcili ehtiyacları ödəmək, uzunmüddətli inkişafa sərmayə qoymaq üçün Suriya hökumətinə yardımın həcmini tədricən artırmağı planlaşdırır.
Xatırladaq ki, Qətər və Səudiyyə Ərəbistanı aprelin sonunda Suriyanın Dünya Bankına olan borcunu ödəmək öhdəliyini üzərinə götürüb. Mayın 8-də Suriyanın keçid hökumətinin maliyyə naziri Məhəmməd Yasir Barnie Qətərin üç ay ərzində əməkhaqqı fondu üçün Suriyaya ayda 29 milyon dollar ayıracağını və bu müddətin uzadılması ehtimalının olduğunu elan edib.
Oxşar xəbərlər
SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə dövriyyəyə buraxdığı 100 milyon ABŞ dolları dəyərində yeni isitqrazlara görə sayca 18-ci dəfə faiz...