Dünya Bankı ilk dəfə Azərbaycanı "B-Ready" hesabatı üzrə qiymətləndirib
Dünya Bankı yeni "Business Ready-2025" (B-Ready, "Biznesə daxilolma") hesabatı çərçivəsində ilk dəfə olaraq Azərbaycanı qiymətləndirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 101 iqtisadiyyatı əhatə edən tədqiqatda biznes və investisiya mühiti üç əsas göstərici üzrə dəyərləndirilib: normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi. Bununla yanaşı, tematik istiqamətlər üzrə orta göstəricilər də müəyyən edilib.
Normativ-hüquqi baza göstəricisi üzrə Azərbaycan 71,92 bal toplayaraq 32-ci yerdə qərarlaşıb. Bu istiqamətdə ölkə ən yüksək nəticələri maliyyə xidmətləri (94,1 bal) və kommunal infrastruktur (83,6 bal) sahələrində göstərib.
Müəssisələrin yaradılması (74,2 bal), mübahisələrin həlli (74,7 bal) və biznesin iflası (70,8 bal) sahələrində nisbətən sabit göstəricilər qeydə alınıb.
Beynəlxalq ticarət (64,5 bal), vergitutma (66,7 bal), əmək resursları (68,1 bal) və bazar rəqabəti (52 bal) üzrə isə daha mülayim nəticələr müşahidə olunub.
Oxşar xəbərlər
Bu ölkə Azərbaycandan neft alışını 3 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Tunisə 368 min 916,3 ton xam neft ixrac edib. BAKU.WS "Report"a istinadən verdiyi xəbər verir ki, bu miqdarda məhsulun...