"Dünya Bankı ilə Orta Dəhlizin tranzit potensialının artırılması üzrə əməkdaşlıq müzakirə olunub"
Azərbaycan və Dünya Bankı arasında Orta Dəhlizin inkişafı və tranzit potensialının artırılması müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında yazıb.
"Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşdük.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibinə daxil olan qurumlarla birgə layihələrin həyata keçirilməsi, o cümlədən Orta Dəhlizin inkişafı və tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığı müzakirə etdik. Eyni zamanda kibertəhlükəsizlik və şəhər mobilliyi sahəsində birgə fəaliyyətlə bağlı müvafiq addımların atılmasını razılaşdırdıq", - R. Nəbiyev qeyd edib.
Oxşar xəbərlər
Şahin Mustafayev: "Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi başa çatıb"
Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi artıq başa çatıb və sərhəd-gömrük infrastrukturunun inşası tamamlan...