Bu rayonlarda torpaqlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
25
noy
2025
19:03
Əmlak Məsələləri Dövlət Xidməti 17 dekabr 2025-ci ildə ölkənin bir sıra rayon və şəhərlər üzrə bələdiyyə torpaqlarının müsabiqə və hərracını keçirəcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, bu dəfə satışa və icarəyə çıxarılan torpaq sahələri Yevlax, Bərdə, Quba, Cəlilabad, Masallı və Zaqatala rayonlarını əhatə edir.
Torpaqlar əsasən kənd təsərrüfatı təyinatlıdır, həmçinin fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulan sahələr də mövcuddur.
Bərdə rayonunda Nazırlı, Mirzəcəfərli və Otuzikilər bələdiyyələri tərəfindən 15 illik icarəyə verilən geniş örüş və əkin torpaqları təklif olunur. Sahələrin ölçüsü 5,5 hektardan 30 hektara qədər dəyişir. İlkin icarə haqları 121 manatdan başlayır və 600 manata qədər yüksəlir.
Quba rayonunun isə Qəçrəş bələdiyyəsinə aid Qımıl-Qazma kəndi ərazisində 340–1200 kv.m arası yaşayış təyinatlı torpaq sahələri açıq hərracda satışa çıxarılıb. Normativ qiymətlər 43–154 manat arasında, ilkin hərrac qiymətləri isə 15 min manatdan 54 min manata qədər dəyişir.
Cəlilabad və Masallı rayonlarında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 7000 kv.m-dən 4,69 hektara qədər torpaqlar 15 illik icarəyə verilir. İlkin icarə qiymətləri 24,5–151 manat aralığındadır.
Torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi haqqında məlumat
| № | Torpağı müsabiqə və ya hərraca çıxaran hüquqi şəxs | Müsabiqə və ya hərrac | Keçirildiyi yer və əlaqə telefonu | Sahəsi (kv.m/ha) və status | Normativ qiymət / icarə haqqının aşağı həddi (manat) | Hərracda ilkin qiymət, hərrac addımı və ya icarə haqqı (manat) |
| 1 | Yevlax rayonu Səmədabad Bələdiyyəsi (Nemətabad) | Hərrac | Mingəçevir ƏMDX, (024) 274 45 00 | 40.22 ha, icarə (5 il) | 40.54 | 4906.84 / 491 |
| 2 | Yevlax rayonu Səmədabad Bələdiyyəsi (Nemətabad) | Hərrac | Mingəçevir ƏMDX, (024) 274 45 00 | 14.22 ha, icarə (5 il) | 14.33 | 1734.84 / 174 |
| 3 | Yevlax rayonu Səmədabad Bələdiyyəsi (Nemətabad) | Hərrac | Mingəçevir ƏMDX, (024) 274 45 00 | 6.57 ha, icarə (5 il) | 6.62 | 801.54 / 81 |
| 4 | Yevlax Səmədabad Bələdiyyəsi (Duzdağ) | Hərrac | Mingəçevir ƏMDX, (024) 274 45 00 | 3.03 ha, icarə (5 il) | 3.05 | 369.66 / 37 |
| 5 | Yevlax Səmədabad Bələdiyyəsi (Duzdağ) | Hərrac | Mingəçevir ƏMDX, (024) 274 45 00 | 9700 kv.m, icarə (5 il) | 0.98 | 118.34 / 12 |
| 6 | Bərdə Nazırlı Bələdiyyəsi (Yerli Ağalı) | Hərrac | Bərdə ƏMDX, (020) 205 27 77 | 15 ha, icarə (15 il) | 22.80 | 3000 / 300 |
| 7 | Bərdə Mirzəcəfərli Bələdiyyəsi (Samux) | Hərrac | Bərdə ƏMDX, (020) 205 27 77 | 10 ha, icarə (15 il) | 15.00 | 1500 / 150 |
| 8 | Bərdə Mirzəcəfərli Bələdiyyəsi (Samux) | Hərrac | Bərdə ƏMDX, (020) 205 27 77 | 5.5 ha, icarə (15 il) | 52.80 | 1210 / 121 |
| 9 | Bərdə Otuzikilər Bələdiyyəsi | Hərrac | Bərdə ƏMDX, (020) 205 27 77 | 30 ha, icarə (15 il) | 45.00 | 6000 / 600 |
| 10 | Quba Qəçrəş Bələdiyyəsi (Qımıl-Qazma) | Hərrac | Xaçmaz ƏMDX, (023) 325 39 72 | 1200 kv.m, satılır | 154.63 | 54036 / 2701 |
| 11 | Quba Qəçrəş Bələdiyyəsi (Qımıl-Qazma) | Hərrac | Xaçmaz ƏMDX, (023) 325 39 72 | 1040 kv.m, satılır | 134.01 | 46831 / 2341 |
| 12 | Quba Qəçrəş Bələdiyyəsi (Qımıl-Qazma) | Hərrac | Xaçmaz ƏMDX, (023) 325 39 72 | 1200 kv.m, satılır | 154.63 | 54120 / 2706 |
| 13 | Quba Qəçrəş Bələdiyyəsi (Qımıl-Qazma) | Hərrac | Xaçmaz ƏMDX, (023) 325 39 72 | 715 kv.m, satılır | 92.13 | 32196 / 1610 |
| 14 | Quba Qəçrəş Bələdiyyəsi (Qımıl-Qazma) | Hərrac | Xaçmaz ƏMDX, (023) 325 39 72 | 340 kv.m, satılır | 43.81 | 15310 / 766 |
| 15 | Quba Qəçrəş Bələdiyyəsi (Qımıl-Qazma) | Hərrac | Xaçmaz ƏMDX, (023) 325 39 72 | 1200 kv.m, satılır | 154.63 | 54036 / 2701 |
| 16 | Quba Qəçrəş Bələdiyyəsi (Qımıl-Qazma) | Hərrac | Xaçmaz ƏMDX, (023) 325 39 72 | 1200 kv.m, satılır | 154.63 | 54276 / 2714 |
| 17 | Cəlilabad Bələdiyyəsi (Cəlilabad şəhəri) | Hərrac | Cəlilabad ƏMDX, (151) 5 50 03 | 7000 kv.m, icarə (15 il) | 7.98 | 245 / 24.5 |
| 18 | Masallı Şərəfə Bələdiyyəsi (Eminli) | Hərrac | Cəlilabad ƏMDX, (151) 5 50 03 | 4.69 ha, icarə (15 il) | 51.77 | 1510 / 151 |
| 19 | Zaqatala Muxax Bələdiyyəsi | Hərrac | Şəki ƏMDX, (024) 244 26 10 | 1.0244 ha, icarə (15 il) | 6.15 | 266 / 13 |