Bu ölkə Trampın qərarına görə rəsmən dollardan imtina etdi

Bu ölkə Trampın qərarına görə rəsmən dollardan imtina etdi
İqtisadiyyat 9493

 

İran ticarət əməliyyatlarında dollar istifadəsindən imtina etməyi planlaşdırır. Fins.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə məlumatları İranın  rəsmi televiziyası olan PressTV yayıb.

Qeyd olunur ki, bu addım Donald Trampın ötən  günlərdə əhalisinin əksəriyyəti müsəlman olan 7 ölkədən ABŞ-a girişi qadağan etməsinə cavab reaksiyasıdır. Şünki həmin 7 ölkə arasında İranın adı ön sıralarda yer alır.

PressTV-nin  xəbərinə görə, İran Mərkəzi Bankı, Tehranın maliyyə hesabatlarında dolları yeni bir ortaq valyuta ilə dəyişdirmək istəyir, ya da bütün rəsmi maliyyə və valyuta hesabatlarında bir pul vahidi səbətindən istifadə etməyə qərar verib.

Dollara qoyulan qadağanın tətbiqinin 21 Mart 2017-ci ildən etibarən yeni maliyyə ilində qüvvəyə minməsi gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər