Bankların əksəriyyəti dollar satışını dayandırdı
Bu gün Azərbaycandakı bankların heç biri dollar satmır.
Fins.az xəbər verir ki, səhər saatlarında kiçik limitlə valyuta satan banklar da satışı dayandırıb.
Dünən müəyyən limitlə dollar satan "Bank Avrasiya”, "Bank BTB” və "Bank of Baku” bu gün valyuta satmaqdan imtina edib.
Onların ardınca "Bank Avrasiya” və "Turanbank”da eyni qərarı verib. İndi "Turanbank” ancaq öz müştərilərinə 50 dollar satır.
Elə həmin limitlə valyuta satan "Yapı Kredi Bank”dən isə bildiriblər ki, artıq filiallarında dollar bitib. Ona görə də satış dayandırılıb.
Beləliklə, bu gün bütün banklar rəsmən valyuta satışından imtina edib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dollar satan banklar (SİYAHI)
Dekabr ayının 5-nə ölkədə dollar satmayan bankların sayı 28-a çatıb. Fins.az –ın araşdırması göstərdi ki, bu gün daha 1 bank - "Xalq Bank” dollar satışını...