Azərbaycanın ən iri bankları dollar satışını dayandırdı
Bu gün oktyabrın 26-də daha 2 bank dollar satışını dayandırıb.
Fins.az xəbər verir ki, bu bün "Kapitalbank” və "Azər-Türk Bank”ın kassalarında dollar satılmır. Xatırladaq ki, 2 gün əvvəl dollar satışını dayandıran "Azər-Türk Bank” dünən valyuta satışını bərpa etmişdi. Lakin bu gün yenidən dolların satışını dayandırıb.
Bundan başqa "Bank VTB (Azərbaycan)” və "Paşabank” da dollar satmaqdan imtina edib. Dünən valyuta satışını dayandıran "Naxçıvanbank” isə satışı 500 dollarlıq limitlə bərpa edib.
2 gün əvvəl dollarını satışını dayandıran "Bank Respublika” isə valyuta alıcılarına 5 min dollarlıq limit tətbiq edir.
"AFB” Bank da bu gün valyuta satmaqdan imtina edib. Bankda bu günə olan valyuta məzənnəsi də gec müəyyən edilib. Saat 11:30-dan sonra isə valyuta satışının dayandırılırdığı bəyan edilib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda dollar satan banka əhali axın etdi (FOTO)
Azərbaycanda dollara olan tələbatın artması əksər banklarda valyuta qıtlığı yaradıb. BAKU.WS-in məlumatına görə, ölkəyə daxil olan xarici valyutanın kəskin az...