Trampın qərarı azərbaycanlını gözyaşlarına boğdu - hər kəs ondan danışır (VİDEO)

Trampın qərarı azərbaycanlını gözyaşlarına boğdu - hər kəs ondan danışır (VİDEO)
Video
Şou-biznes 14850

 

ABŞ prezidenti Donald Trampın müsəlman ölkələri ilə bağlı son verdiyi qərar böyük reaksiyaya səbəb olub.

 

BAKU.WS-in məlumatına görə, minlərlə müsəlman viza qaydalarının sərtləşdirilməsindən sonra ABŞ-a gedə bilmir. Dünya mətbuatının bir nömrəli mövzusuna çevrilən hadisə ictimaiyət tərəfindən müzakirə olunur. 

Cənubi azərbaycanlı Hüseyn Xoşbəxti də Trampın imzaladığı qərardan əziyyət çəkən insanlardan biridir. Hava limanında saxlanılan və ABŞ-a buraxılmayan Hüsyin gözyaşları içərisində başına gələnləri danışıb:  "ABŞ və İran arasında əlaqələr korlanıb. Amma bunun günahkarı biz sadə vətəndaşlar deyilik. Biz hökumət deyilik. Mən həm İran, həm də ABŞ vətəndaşıyam. Müqavilə əsasında ABŞ-da 20 ildir ki, çalışıram. İki ölkə arasında problemlərin günahkarı biz deyilik".

Cənubi azərbaycanlının bu sözləri sosial şəbəkələrdə minlərlə insan tərəfindən izlənilib.  

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər