Bakıda mənzillərin qiyməti həqiqətən bahalaşıbmı?
"Bakı şəhərində daşınmaz əmlak bazarında mənzil bazarında hazırda vəziyyət sabitdir".
Bu sözləri BAKU.WS-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
O əlavə edib ki, bəzi istiqamətlərdə qiymət artımları ilə bağlı verilən açıqlamalar təəssüf ki, daha çox spekulyasiya xarakterli məlumatlardır:
"Hazırda biz əhəmiyyətli qiymət dəyişmələri müşahidə etmirik. Bəzi istiqamətlər üzrə nisbi meyillər var. Bu da daha çox bəzi inzibati qərarların qəbulu, aparılan müzakirələr bazara müxtəlif informasiyaların daxil olması nəticəsində yaranan psixoloji vəziyyətlə əlaqəlidir.
Yəni bunun faktiki olaraq iqtisadi əsaslandırılması mövcud deyil. Ona görə də bunu daşınmaz əmlak bazarında qiymət artımı kimi qəbul etmək doğru yanaşma deyil".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmlak sığortası üzrə 196,578 milyon manat sığorta haqqı toplanılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu b...