Bakı-Supsa kəmərinin bir hissəsi separatçıların nəzarətinə keçdi

Bakı-Supsa kəmərinin bir hissəsi separatçıların nəzarətinə keçdi
İqtisadiyyat 1229
 

Bakı-Tbilisi-Supsa neft kəmərinin Karapila kəndi ərazisindən keçən hissəsi Cənubi Osetiya separatçılarının nəzarətinə keçib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "Rezonansi" qəzeti yazıb.

Gürcüstanın Xarici İşlər Nazirliyi baş verənləri təxribat adlandırıb və işğalın davam etdirilməsi kimi qiymətləndirib. "Bu hadisə insan haqlarının pozulması prosesinin davamıdır. Biz beynəlxalq tərəfdaşlarımızın dəstəyi ilə baş verənləri dayandırmağa çalışırıq. Biz faktı kəskin pisləyirik. Bu, ilk növbədə təxribatdır. Bizim siyasətimiz bu prosesi beynəlxalq tərəfdaşlarımızla birgə dayandırmağa yönəlib", - deyə xarici işlər naziri Mixail Canelidze bildirib.

Faktı Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində də təsdiqləyiblər.

Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili bildirib ki, Bakı-Tbilisi-Supsa kəməri layihələndirilərkən bütün risklər nəzərə alınıb və alternativ variantlar mövcuddur. Hakim partiyanın üzvü qeyd edir ki, hakimiyyət mövcud riskləri maksimum azaltmağa çalışır və bunun üçün beynəlxalq tərəfdaşlarla aktiv əməkdaşlıq edir: "Təəssüf ki, bu inzibati sərhədlər Mixeil Saakaşvilinin göstərişi ilə öncəki hakimiyyət tərəfindən müəyyənləşdirilib. Bu, reallıqdır. İşğalçılar bu inzibati sərhədləri də pozmaqdadır. Neft kəməri də bu sərhədlərlə toqquşur, lakin alternativ variantlar var və onlar öncədən nəzərə alınıb. Təhlükə o qədər də böyük deyil. Ən ciddi təhlükə ondadır ki, bizim torpaqlarımız işğal olunub və orada hərbi bazalar yerləşdirilir. Bu mövzuda ətraflı danışa bilmərəm, lakin bir daha təkrar edirəm ki, risklər öncədən nəzərə alınıb".

BAKU.WS

Oxşar xəbərlər

Gürcüstanın bir hissəsi Rusiyaya birləşdirilir

Gürcüstanın bir hissəsi Rusiyaya birləşdirilir

Gürcüstandan müstəqilliyini birtərəfli qaydada elan etmiş və tanınmayan Cənubi Osetiya Rusiya Federasiyasına birləşmək barədə 2017-ci ilə planlaşdırılan prezide...

7538 Siyasət 16:17 24 mart 2017

Son xəbərlər