Azərbaycanda sığorta ilə bağlı YENİ XƏBƏR

Azərbaycanda sığorta ilə bağlı YENİ XƏBƏR
İqtisadiyyat 993
Azərbaycan Sığortaçılar Assosiasiyası (asa) İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə İcbari Sığorta Bürosu (ISB) elektron sisteminin fəaliyyəti ilə bağlı sığorta şirkətlərinin görüşü keçirilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov, eləcə də “Atəşgah Sığorta, “AtaSığorta”, “AzSığorta”, “AXA MBASK”, “Qala Sığorta”, “Günay Sığorta”, “İpək Yolu Sığorta, “Meqa Sığorta”, “Paşa Sığorta”, “Standard Sığorta” ASC-lərinin rəhbər şəxsləri iştirak edib.Görüş zamanı İcbari Sığorta Bürosunun elektron sistemi ilə bağlı tətbiq edilə biləcək yeniliklər müzakirə olunub, bonus-malus sisteminin şəxsə deyil, avtomobilə münasibətdə tətbiqi, sığorta şəhadətnamələri gözləmə müddəti zamanı ləğvetmə funksiyasının üzv şirkətlərə verilməsi, sığorta şəhadətnaməsi yazılarkən baş verə biləcək digər texniki səhvlərin aradan qaldırılmasının asanlaşdırılması və s. mövzular üzrə fikir mübadiləsi aparılıb.Görüşün ən əsas hissəsini isə sığorta şirkətləri tərəfindən sığorta vasitəçilərinə təqdim edilən komission haqlarının süni yolla artımının qarşısının alınmasına dair müzakirələr təşkil edib.Birliyin sədri Mustafa Abbasbəyli vurğulayıb ki, bu növ qanun pozuntuları ilə ciddi mübarizə aparılmalı və sığorta agentləri tərəfindən qeyri-qanuni endirimlərin qarşısı alınmalıdır. Bunun üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və sığorta şirkətlərinin də nümayəndələrinin iştirakı ilə Birlik daxilində bu məsələ ilə məşğul olmaq məqsədi ilə monitorinq qrupunun formalaşdırılması qərara alındı.Bildirilib ki, qrup tərəfindən hər hansı bir şirkətin yüksək komission haqqı verildiyi aşkar ediləcəyi təqdirdə həmin şirkətə qarşı ciddi sanskiyaların tətbiq edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər