Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb

Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb
İqtisadiyyat 1612
 

Cari ilin may ayında Azərbaycanda mənzillərin kirayə haqqı 1,2% bahalaşıb və kirayə haqqı bir xidmət üzrə orta aylıq 93,67 manat təşkil edib.

BAKU.WS "Report"a istinadən bildirir ki, kirayə haqqı yanvarda 3,5%, fevralda 0,1%, martda 1,2% bahalaşsa da, aprel ayında dəyişməz qalıb.

Qeyd edək ki, bu ilin mayında aprel ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətlərində 0,2%, o cümlədən qeyri-ərzaq məhsullarının qiymətlərində 0,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində 2,1% artım, ərzaq məhsullarının qiymətlərində isə 1,3% azalma qeydə alınıb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda illik inflyasiya 13 faizi keçib

Azərbaycanda illik inflyasiya 13 faizi keçib

Bu ilin yanvar-may aylarında istehlak məhsulları və xidmətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,8% bahalaşıb. BAKU.WS-in Dövlət Statistika Komitəsinin...

1479 İqtisadiyyat 19:33 13 iyun 2017

Son xəbərlər