Azərbaycanda əhalinin gəlirləri 7,3% artıb

Azərbaycanda əhalinin gəlirləri 7,3% artıb
İqtisadiyyat 924
2017-ci ilin birinci yarısında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3 faiz artaraq 23526,7 milyon manata çatıb.BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2422,9 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 86,3 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,3 faizi isə yığıma yönəldilib.Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 21526,8 milyon manatlıq vəsait qalıb.BAKU.WS

Oxşar xəbərlər

Gəlirlərimiz artıb - 16 milyard manat

Gəlirlərimiz artıb - 16 milyard manat

2018-ci ilin yanvar-aprel aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 16 milyard 272,8 milyon manat olub....

2229 İqtisadiyyat 11:49 20 may 2018

Son xəbərlər