Azərbaycanda avtomobillər bahalaşıb

Azərbaycanda avtomobillər bahalaşıb
İqtisadiyyat 3920

Azərbaycanda minik avtomobillərinin qiymətləri bu ilin fevral ayında əvvəlki ayla müqayisədə 0,6% artıb. Yanvar-fevral aylarında isə illik müqaysiədə qiymətlərdə 10% artım qeydə alınıb.

"Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, fevralda minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,9%, illik isə 12,4% bahalaşıb. Bu müddətdə ölkədə velosipedlərin qiymətində də artım qeydə alınıb. Belə ki, velosipedlər aylıq 1,4%, illik isə 15% bahalaşıb.

Xatırladaq ki, 2016-cı il yanvar-fevral aylarında minik avtomobillərinin qiymətində illik 8,8%, ehtiyat hissələrinin qiymətində 31,3%, velosipedlərdə isə 17,3% artım qeydə alınıb.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda ehtiyat hissələri bahalaşdı – QİYMƏTLƏR

Bakıda ehtiyat hissələri bahalaşdı – QİYMƏTLƏR

Dolların bahalaşmaqda davam etməsi Azərbaycanda avtomobillərin ehtiyat hissələrini son bir ayda xeyli bahalaşdırıb. Bu barədə fins.az-a avtomobil ekspertləri...

1539 Sosial 12:00 06 dekabr 2016

Son xəbərlər