Azərbaycan hökuməti 3 milyard dollarlıq borca görə görüşlərə başladı

Azərbaycan hökuməti 3 milyard dollarlıq borca görə görüşlərə başladı
İqtisadiyyat 898

 

Beynəlxalq Valyuta Fondunun əməkdaşları Bakıda səfərdədir. 

BAKU.WS-in məlumatına görə, bu barədə nüfuzlu "Bloomberg" agentliyi yazıb. Nəşr bildirir ki, BVF nümayəndələri Azərbaycana maliyyə yardım etmək məqsədi ilə Azərbaycan hökuməti ilə görüşlərə başlayıb.

Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsilə artan valyuta və büdcə təzyiqlərinin öhdəsindən gəlməkdə çətinlik çəkən Azərbaycan üçün mümkün maliyyə yardımı müzakirə olunur. 

Məlumata görə, BVF səlahiyyətliləri paytaxt Bakıda maliyyə naziri ilə mətbuata qapalı toplantı keçirib. BVF Azərbaycan hökumətinin müraciəti əsasında baş tutduğunu bildirib. Azərbaycan BVF-dən 3 milyard dollar borc almaq niyyətindədir. Bununla yanaşı, Azərbaycan Dünya Bankından isə 1 milyard dollar kredit tələb edir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı neft qiymətlərindəki kəskin enişdən sonra ötən il manatın dəyərini qorumaq üçün ehtiyatlarının 60%-ni əridib və 21 dekabrda "üzən məzənnə rejimi"nə keçmişdi. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər