Azərbaycan 4 milyard dollarlıq borc alır

Azərbaycan 4 milyard dollarlıq borc alır
İqtisadiyyat 976

 

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycana maliyyə yardımı edəcək.

BAKU.WS-in məlumatına görə, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsilə artan valyuta və büdcə təzyiqlərinin öhdəsindən gəlməkdə çətinlik çəkən Azərbaycan üçün mümkün maliyyə yardımı müzakirə olunur. 

BVF-nin əməkdaşları yanvar ayının 28-dən fevral ayının 4-ə kimi Bakıda səfərdə olacaq. Azərbaycan Hökumətinin xahişi ilə BVF-in əməkdaşları ölkəmizin mümkün maliyyələşmə ehtiyaclarını qiymətləndiriləcək. 

BVF və Dünya Bankı rəsmiləri neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra neft ixrac edən ölkələr üçün bir neçə 4 milyard dollarlıq təcili kredit paketini müzakirə edib. BVF və Dünya Bankının nümayəndələri mümkün paket üçün məbləği yaxın günlərdə təsdiqləyəcək. 

Dünya Bankından bildirilir ki, DB Azərbaycana və həmçinin dövlət büdcəsinə lazımi yardım göstərməyə hazırdır. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər