"Azeri Light" yenidən bahalaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yenidən yüksəlib.
BAKU.WS xəbər verir ki, markanın bir bareli 0,07 dollar və ya 0,1 faiz artaraq 68 dollara çatıb.
Hərrac nəticələrinə əsasən, "Brent" markalı neftin yanvar fyuçersləri 63,55 dollar səviyyəsində formalaşıb.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light"ın qiyməti də artım nümayiş etdirib. Belə ki, bir barel 0,10 dollar (0,15 %) bahalaşaraq 65,82 dollar olub.
Qeyd olunur ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 70 dollar olaraq götürülüb.
Xatırladaq ki, "Azeri Light"ın tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də – 15,81 dollar, maksimum qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 dollar qeydə alınıb.
Neft əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunur və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4 % azalaraq 122,49 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...