Azərbaycandan tranzit keçməklə Ermənistana 1 000 tondan çox propan qazı göndərilib
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana rusiyamənşəli propan qazı daşıyan 30 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu ölkəyə çəkisi 1 026 ton olan propan qazı göndərilib.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
*** 14:01
Bu gün Azərbaycandan tranzit keçməklə 30 vaqon rusiyamənşəli propan qazı Ermənistana göndəriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, qatar Biləcəri stansiyasından yola düşəcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
Oxşar xəbərlər
Gürcüstanın Azərbaycandan balıq idxalına çəkdiyi xərci 4 dəfə artıb
Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 300 min ABŞ dolları dəyərində 78 ton balıq (dondurulmuş) idxal edib. BAKU.WS "Report"a istinadən xəbər ver...