Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır
Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Belə ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən ümumi sahəsi 83.55 kvadratmetr olan mənzilin qiyməti 585 000 manat təyin olunub. Mənzil bu gün 12:00-dan etibarən təkrar hərraca çıxarılıb.
Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ümumi sahəsi 218.84 kvadratmetr olan mənzilin qiyməti isə 500 000 manat təyin olunub. Mənzil 27 fevral 2025-ci il tarixində saat 11:00-da hərraca çıxarılacaq.
Hər iki mənzil "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansındadır.
Oxşar xəbərlər
Azərbaycan-Britaniya ticarətinin həcmi son 12 ayda 888 milyon funt-sterlinq olub
Son 12 ayda Azərbaycan və Böyük Britaniya arasında ticarətin həcmi 888 milyon funt-sterlinq təşkil edib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Britaniya...