Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 9-da vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.
BAKU.WS bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 10 daşınar və 6 daşınmaz əmlak çıxarılacaq. Bunlar, 11avadanlıq və 5 torpaq səhəsidir.
Əmlakların start qiyməti 2 000 – 125 900manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.
Sifarişlər iyulun 4-nə qədər qəbul olunacaq.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...