Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir - İqtisadçı əsas səbəbləri izah etdi

Son dövrlər manatın lirə və rubl kimi valyutalara qarşı möhkəmləndiyi müşahidə olunur. Belə ki, iyulun 1-də 1 manat 23,43 lirəyə bərabər olduğu halda, iyulun 25-də 23,86 lirə təşkil edib. Eyni dövrdə manatın rus rubluna qarşı məzənnəsi də 46 rubldan 46,7 rubla yüksəlib.
Maraqlıdır ki, milli valyutanın ABŞ dollarına qarşı məzənnəsində dəyişiklik olmadığı halda, lirə və rubla qarşı bahalaşması nə ilə bağlıdır?
İqtisadçı Xalid Kərimli izah edib ki, manat artıq 7-8 ildir dollara fiks olunub və 1,70 kurs səviyyəsində sabit saxlanılır:
"2016-cı ildən Mərkəzi Bank dollara indeksasiya olunmuş məzənnə siyasəti həyata keçirir. Bu o deməkdir ki, dollar bahalaşdıqca manat da bahalaşır, dollar ucuzlaşanda isə manat da ucuzlaşır. Məsələn, dollar lirəyə nisbətdə möhkəmlənəndə eyni proses manatla da baş verir. Bu dəyişikliklər Azərbaycan iqtisadiyyatı ilə birbaşa əlaqəli deyil".
Qeyd edək ki, nəzəriyyəyə görə, məzənnənin yüksəlməsi idxal üçün əlverişli şərait yaradır. Belə ki, valyutanın bahalaşması müvafiq ölkədən məhsul və xidmətləri daha aşağı qiymətə əldə etməyə imkan verir. İxracda isə proses əksinə olur. Məzənnənin yüksəlməsi qiymətləri qarşı tərəf üçün artırmaqla rəqabəti çətinləşdirir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycan düyü idxalını 22%-ə yaxın azaldıb
Bu ilin I yarısında Azərbaycan 30 min 692 ton düyü idxal edib. BAKU.WS Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 29 milyon 43...