Azərbaycanda ən çox bu məhsullar bahalaşıb
2026-cı ilin iyununda Azərbaycanda istehlak qiymətləri indeksi illik ifadədə 5,8 faiz artıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"nda məlumat verilib.
Dövlət tərəfindən tənzimlənən və mövsümi xarakterli məhsul və xidmətlərin qiymət dəyişiklikləri nəzərə alınmadan hesablanan baza inflyasiya iyunda illik 5,5 faiz təşkil edib.
Hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə illik inflyasiya 7,1 faiz olub. Ərzaq qiymətlərinin inflyasiyaya töhfəsi isə 3,1 faiz təşkil edib.
Ərzaq məhsulları arasında qiymət artımı əsasən süd və süd məhsulları, eləcə də meyvələr üzrə qeydə alınıb. Bu məhsulların illik bahalaşması müvafiq olaraq 9,5 və 10,7 faiz təşkil edib.
Qeyri-qida məhsullarının qiymətləri də illik müqayisədə 3,8 faiz yüksəlib. Bu kateqoriyada ən yüksək artım zərgərlik məmulatlarında qeydə alınıb. Onların qiyməti bir il ərzində 21,7 faiz bahalaşıb.
Oxşar xəbərlər
Azərbaycanda sənaye zonalarına 7,2 milyard manatdan çox investisiya yatırılıb
Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına 7,2 milyard manatdan çox inve...