Azərbaycanda daha 32 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi hərracda 32 nəqliyyat vasitəsi satılıb.
BAKU.WS quruma istinadən xəbər verir ki, hərrac rəqabətli keçib.
Belə ki, start qiyməti 7 000 manat olan "Mercedes Benz" markalı mikroavtobus 12 500 manata, 2 800 manat olan "Kamaz" markalı yük avtomobili isə 9 000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3L3QYU linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 22 və 24 aprel tarixlərində keçiriləcək. Hərraclara nəqliyyat vasitələri, avadanlıqlar və texnikalar çıxarılacaq.
İştirak etmək istəyənlər "www.emlak.gov.az" və "www.auksion.gov.az" internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Oxşar xəbərlər
Ticarətin yeni üzü: Marketlər sosial sabitliyin və inkişafın mərkəzində
Dünya iqtisadiyyatında şəbəkə marketləri yalnız ticarət nöqtələri deyil, həm də geniş sosial və iqtisadi təsirləri olan sistemlərdir. Azərbaycan kimi inkişaf et...