Azərbaycanda 6 ayda 13,3 milyon ton neft hasil edilib
2026-cı ilin yanvar-iyun ayları üzrə operativ məlumatlara əsasən, respublikada 13,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə BAKU.WS-ə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hasilatın 7,9 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 1,7 milyon tonu "Şahdəniz"in, 0,3 milyon tonu "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,4 milyon ton təşkil edib.
Bu dövrdə 10,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 9,5 milyon tonu konsorsiumun, 0,7 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə JOCAP-ın payına düşüb.
Qeyd edək ki, bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (449 min barrel), kondensat hasilatı 12 min ton (103 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (552 min barrel) olub.
Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.
Oxşar xəbərlər
Slovakiya Prezidenti: Azərbaycan qaz təhcizatı məsələsində Bratislavanın əsas tərəfdaşıdır
Slovakiya qaz təhcizatı məsələsində Azərbaycana əsas tərəfdaş kimi baxır. BAKU.WS xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini "AnewZ" teleka...